Azərbaycanda hərbçiləri daşıyan avtomobil ağaca çırpılıb, ölən və yaralanan var - FOTO
21.04.2017 1267 0.0 0

Lənkəran rayonunda sərhədçiləri daşıyan avtomobil qəzaya uğrayıb. 

Qazeta.info "Report"-a istinadla xəbər verir ki, hadisə Lənkəran-Lerik avtomobil yolunun Lənkəran rayonunun Şovu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Sərhəd Qoşunlarına (SQ) məxsus "UAZ" markalı avtomobil yolun kənarındakı ağaca çırpılıb. Nəticədə Sərhəd Qoşunlarında xidmət edən baş leytenant, 1991-ci il təvəllüdlü Elçin Abdullayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 

Avtomobildəki digər sərhədçi isə ayağından xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır. 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar