Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu təxirə salınıb
20.02.2015 1014 0.0 0
Azərbaycanda bu il üçün Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu və siyahıya alınması tarixi martın 10-a kimi təxirə salınıb.

 

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ)  verilən məlumata görə, sənəd qəbulu fevralın 20-dən start verilməsi planlaşdırılsa da, müvafiq hazırlığın başa çatmaması üzündən təxirə düşüb.

 

Bunun səbəbləri arasında daha çox ziyarətin təşkili ilə bağlı qiymətlərin hələ müəyyənləşdirilməməsidir. Bildirilib ki, builki qiymətlərin əvvəlki illərə nisbətən baha olacağı gözlənilir.

 

Qeyd edək ki, bu il də zəvvarlar ziyarətə yalnız təyyarə ilə gedəcəklər. Suriyada baş verən hadisələrlə əlaqədar avtobuslarla səfər nəzərdə tutulmur. Sənəd qəbulu yalnız QMİ tərəfindən aparılır./apa/

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar