Azərbaycanda faciəvi sevgi dramı: qız özünü qayadan atdı - TƏFƏRRÜAT
11.10.2017 408 0.0 0

Qusar rayonunda baş vermiş dəhşətli intiharın təfərrüatı məlum olub.Qazeta.info Lent.az -a istinadla xəbər verir ki, 2000-ci ildə Gədəzeyxur kəndində anadan olan və ailəsi ilə birgə Qusar şəhəri yeni yaşayış massivində yaşayan Nuranə Atluxanova sevdiyi şəxsə görə həyatına son qoyub.

 

Araşdırmalar zamanı məlum olub ki, N.Atluxanovanın ailəsi onun sevdiyi şəxslə ailə qurmasına razı olmayıb. Əvəzində Nuranənin başqa şəxslə evlənməsini istəyiblər. Orta məktəbi bu il bitirən 17 yaşlı qız isə bununla razılaşmayıb.

 

Dünən ailədə bu məsələ yenidən münaqişəyə səbəb olub və gənc qız evdən qaçıb. Ailə üzvləri dərhal polisə xəbər veriblər, həmçinin, özləri axtarışa başlayıblar. Çox keçmədən 17 yaşlı Nuranənin özünü yaşadığı evdən bir qədər aralıda yerləşən 8-10 metr hündürlüklü qayadan atdığı məlum olub. Ailə üzvləri Nuranəni axtararkən qayanın ətrafına polislərin yığıldığını görüblər və yaxınlaşdıqda dəhşətli mənzərə ilə qarşılaşıblar.

 

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

 

Qeyd edək ki, N.Atluxanovanın 17 yaşı bu ilin 29 iyulunda tamam olubmuş. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar