Azərbaycanda eməni mənşəyli yararsız mallar yandırılıb- FOTO
25.12.2021 230 0.0 0

Dekabrın 25-də Dövlət Gömrük Komitəsinin (DGK) müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib.

Qazeta.info DGK-in məlumatına əsasən bildirir ki, komissiyasının üzvlərinin iştirakı ilə ümumilikdə 4600 qutu fişəng və 119385 ədəd pirotexniki vasitələr, istifadə müddəti bitən müxtəlif adda dərman preparatları, 3218.75 litr alkoqollu və kustar üsulla hazırlanmış içkilər, 162 litr sərinləşdirici içkilər, 361.14 kq ərzaq və qeyri-ərzaq məhsulları, 107 kq yuyucu vasitələr məhv edilib.

 

Qeyd edək ki, məhv edilən mallar Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhəddindən keçirilməyə cəhd göstərildiyi üçün müvvəqəti saxlanc anbarına qəbul edilən və saxlanc müddətində vətəndaşlar tərəfindən həmin malların geri götürülməsinə dair müraciət olunmayan, eyni zamanda istifadəyə yararsız, mənşəyi bilinməyən, dövriyyəsi məhdudlaşdırılmış və qadağan olunmuş kateqoriyalarına aiddir.

Məhv edilən mallar arasında Ermənistan istehsalı olan istifadəyə yararsız 37 ədəd suvenirlər, 32 qutu siqaret və 51.70 litr müxtəlif spirtli içkilər də olub.

Mallar müvafiq ekspert rəyinə əsasən məhvetmə prosesinə cəlb olunub.

 


Loading...
Digər xəbərlər:
Şərhlər
avatar