Azərbaycanda elektrobus istehsal olunacaq
18.11.2016 904 0.0 0

Gəncə Avtomobil Zavodunda 2017-ci ilin yanvarından “Eurabus” elektrik avtobuslarının yığılmasına başlanılacaq. Bu sözləri bu gün “Gəncə Avtomobil Zavodu” İB-nin müşahidə şurasının sədri Xanlar Fətiyev deyib.

Onun sözlərinə görə, zavodun ilkin istehsalat gücü ildə 350-400 avtobus olaraq planlaşdırılıb.

Almaniyanın “Eurabus” şirkətinin baş direktoru Kristian Zayts iki şirkət arasında müqavilənin yaxın iki ay ərzində imzalanacağını deyib.

O, artıq ilk elektrobusun test sınağından keçirildiyini də bildirib. Gəncədə yığılacaq elektrobusların xarici ölkələrə, xüsusilə Gürcüstana ixrac olunması da planlaşdırılır./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar