Tarix: 05.12.2016,   Saat: 00:18, Bazar ertəsi.          

Azərbaycanda dövlət balansında olan avtomobillər ucuz qiymətə satışa çıxarıldı-SİYAHI

Qazeta.info Əmlak Məsələləri  Dövlət Komitəsinə istinadla bildirir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində həmişə olduğu kimi yenidən ucuz qiymətə avtomobillərin hərracları təşkil olunub. Bu dəfə  13 və 20 dekabr 2016-ci il tarixlərdə hərraca çıxarılan nəqliyyat vasitələri haqda məlumatları diqqətinizə çatdırırıq.

 

 

Qeyd: 1-8-ci sətirdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin balansında olan nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır
9-cü sətirdə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.
10-cu sətirdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır 
11-12-ci sətirdə Azərbaycan Respublikasının Mərkəzi Bankın balansında olan nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.
13-cü sətirdə Zəngilan rayon İcra Hakimiyyətinin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.
14-cü sətirdə “Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.
15-ci sətirdə Laçın rayon İcra Hakimiyyətinin balansında olan nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır
16-cı sətirdə Daxili İşıər Mazirliyi Daxili Qoşunların Baş İdarəsinin balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır

 

 

 

Qazeta.info əlavə olaraq  qeyd edir ki, hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir (Zeynal Xəlil küçəsi 11a). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;

2. Əmlak Məsələləri  Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd



  Bölmə: Manşet | Baxış sayı: 3737 | Tarix: 19.11.2016, 21:55


Xəbərlər