Tarix: 08.12.2016,   Saat: 00:11, Cümə axşamı.          

Azərbaycanda daha 222 hərbi qulluqçuya mənzillərin verilməsi qərara alınıb

Azərbaycan Respublikası prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın 2016-cı il 23 sentyabr tarixində növbəti iclası keçirilib.
 
Maliyyə Nazirliyindən verilən məlumata görə, iclasda mənzil növbəsində olan 404 nəfər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusundan 222 nəfərin mənzillə təmin edilməsinə dair qərar qəbul edilib.
 
Bundan başqa Komissiyanın digər qərarı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş 304 nəfər hərbi qulluqçu mənzil növbəsinə qəbul edib. 


  Bölmə: Gündəm | Baxış sayı: 229 | Tarix: 24.09.2016, 02:09


Xəbərlər