Azərbaycanda dərsliklərin monitorinqi qaydaları dəyişdirilib
20.02.2017 927 0.0 0

Azərbaycanda ümumi təhsili həyata keçirən təhsil müəssisələrində istifadə edilən dərsliklərin, dərs vəsaitləri və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi (qiymətləndirilməsi) qaydaları dəyişdirilib.
 
Dövlət İmtahan Mərkəzindən sorğusuna cavab olaraq bildirilib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyəti dövründə istifadədə olan bütün dərsliklərin elmi-metodiki monitorinqi aparılırdı. Qeyd olunub ki, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsinə görə isə dərsliklərin monitorinqi (qiymətləndirilməsi) yalnız Azərbaycan Respublikasının Təhsil Nazirliyinin sifarişi əsasında həyata keçiriləcək.
 
DİM-in Nizamnaməsində göstərilib ki, qurum ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən bütün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin Təhsil Nazirliyinin sifarişi əsasında elmi-metodiki monitorinqini həyata keçirəcək.
 
Qeyd edək ki, indiyə qədər elmi-metodiki monitorinqin aparılmasında iştirak edən ekspertlərə əməkhaqqı büdcədən ödənilirdi. Hazırda isə Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs olduğundan, Təhsil Nazirliyi tərəfindən hansısa dərsliyin monitorinqinin aparılması sifariş edilsə, o zaman qarşılıqlı müqavilə bağlanacaq və proses icra olunacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar