Azərbaycanda dəhşətli qətl- ata 6 yaşlı oğlunun başını kəsdi
16.02.2016 1134 0.0 0

Beyləqanda dəhşətli qətl törədilib. 

 

Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Yuxarı Kəbirli kəndində qeydə alınıb. Kənd sakini Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. Z. İsgəndərov hadisəni törətdikdən sonra qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

 

İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində törədilib.

 

Qətlə yetirilən Ümid 1-ci sinifdə oxuyurmuş.

 

Faktla bağlı Beyləqan Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar