Azərbaycanda dəhşətli avtobus qəzası-3 ölü
25.03.2015 787 0.0 0

Bu gün Mingəçevirdə ağır yol qəzası baş verib. 

Mingəçevir rayon polis şöbəsindən verilən məlumata görə, Mingəçevir avtovağzalı yaxınlığında 8 nömrəli sərnişin avtobusu yüksək sürətlə hərəkət edərkən minik maşınına çırpılıb.

Zərbənin təsirindən avtobus aşıb. Qəza zamanı 3 nəfər ölüb, 10 nəfərdən çox adam yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlar əməkdaşları, xilasedicilər və həkimlər cəlb olunub.

İlkin məlumata görə, hadisəyə sərnişin avtobusunun yüksək sürətlə hərəkət edərkən dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar