Azərbaycanda cəmi 2 rayonda eşşək yoxdur - RAYONLAR üzrə eşşəklərin SAYI
24.05.2017 1550 0.0 0

Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 34 min 68 baş eşşək mövcud olub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, son bir il ərzində eşşəklərin sayı 1 748, son 2 il ərizdə 5 924, son 10 il ərzində isə 13 141 baş azalıb. Bəzi rayonlar istisna olmaqla əksər rayonlarda eşşəklərin sayında azalma baş verib.

Ən kəskin azalma İmişli rayonunda qeydə alınıb. Son 2 ildə İmişli rayonunda eşşəklərin sayı 8,5 dəfə azalaraq 323 başdan 38 başa düşüb.

Ən çox artım isə Zərdab rayonunda qeydə alınıb. Zərdabda eşşəklərin sayı son 2 ildə 8,8 dəfə artaraq 7 başdan 62 başa yüksəlib.

Azalma paytaxt Bakıda da müşahidə olunub. 2 il əvvəl Bakıda 22 eşşək olduğu halda, bu ilin əvvəlində onların sayı 13-ə düşüb.

Statistikadan belə görünür ki, Mingəçevir və Gəncə şəhəri istisna olmaqla bütün şəhər və rayonlarında eşşəklər mövcud olub. Rəsmi məlumata görə, Mingəçevirdə və Gəncədə 1 dənə də olsun eşşək yoxdur.

Ən çox eşşəyin olduğu rayon Yardımlı rayonu olub - 3021 baş.

Ən az eşşəyin olduğu rayon (şəhər) isə Şirvan şəhəri olub - 1 baş.

Azərbaycanın şəhər və rayonlarında eşşəklərin sayı:

   

ŞƏHƏR VƏ RAYONLAR

EŞŞƏKLƏRİN SAYI

Bakı şəhəri

19

Xızı rayonu

111

Abşeron rayonu

41

Sumqayıt şəhəri

13

Gəncə şəhəri

-

Qazax rayonu

2505

Ağstafa rayonu

1819

Tovuz rayonu

2820

Şəmkir rayonu

1943

Gədəbəy rayonu

1084

Daşkəsən rayonu

274

Samux rayonu

1205

Göygöl rayonu

518

Goranboy rayonu

761

Naftalan şəhəri

4

Zaqatala rayonu

9

Qax rayonu

44

Şəki şəhəri

1382

Oğuz rayonu

403

Qəbələ rayonu

226

Astara rayonu

555

Lənkəran şəhəri

79

Lerik rayonu

2073

Yardımlı rayonu

3093

Masallı rayonu

95

Cəlilabad rayonu

1596

Qusar rayonu

196

Xaçmaz rayonu

688

Quba rayonu

1092

Şabran rayonu

384

Siyəzən rayonu

381

Göyçay rayonu

6

Beyləqan rayonu

313

Ağcabədi rayonu

254

Bərdə rayonu

154

Neftçala rayonu

129

Biləsuvar rayonu

3

Salyan rayonu

297

Yevlax şəhəri

38

Mingəçevir şəhəri

-

Ağdaş rayonu

195

Ucar rayonu

25

Zərdab rayonu

62

Kürdəmir rayonu

446

İmişli rayonu

24

Saatlı rayonu

11

Sabirabad rayonu

1324

Hacıqabul rayonu

283

Şirvan şəhəri

1

Cəbrayıl rayonu

14

Füzuli rayonu

236

Ağdam rayonu

365

Tərtər rayonu

178

Xocavənd rayonu

4

 

Laçın rayonu

151

Qobustan rayonu

252

İsmayıllı rayonu

384

Ağsu rayonu

562

Şamaxı rayonu

726

Naxçıvan şəhəri

84

Şərur rayonu

787

Babək rayonu

441

Ordubad rayonu

491

Culfa rayonu

260

Kəngərli rayonu

353

Şahbuz rayonu

1497

Sədərək rayonu

52


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar