Azərbaycanda builki pambıq yığımının həcmi 172 min tonu keçib
11.11.2017 888 0.0 0

Bu günə qədər Azərbaycandakı pambıq qəbulu məntəqələrinə 172 245 tondan çox məhsul təhvil verilib.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir.

 

Xatırladaq ki, 2016-cı ildə ölkədə ümumilikdə 88 596 ton pambıq yığılmışdı. Bu il ötən illə müqayisədə 2,7 dəfə çox – 136 413,2 hektarda çiyid səpilib. Pambıq tədarükündə Saatlı (23 507 ton), Biləsuvar (21 119 ton), Bərdə (17 977 ton), Ağcabədi (16 392 ton) və Sabirabad (15 522 ton) rayonları irəlidədir./Report/


Teqlər:pambıq

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar