Azərbaycanda bu ilin 9 ayında yol-nəqliyyat hadisələrində ölənlərin sayı açıqlanıb
10.10.2016 718 0.0 0

Bu ilin 9 ayında respublikada baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, 2016-ci ilin 9 ayı ərzində respublika ərazisində 1499 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 571 nəfər ölüb, 1555 nəfər xəsarət alıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 164 fakt (9,9%), ölənlərin sayı 95 nəfər (14,3%), yaralananların sayı 191 nəfər (10,9%) azalıb.

Bakı şəhəri ərazisində 490 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 138 nəfər ölüb, 515 nəfər xəsarət alıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, ölənlərin və xəsarət alanların sayı uyğun olaraq 110 fakt (18,3%), 37 nəfər (21,1%), 130 nəfər (20,2 %) azalıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar