Azərbaycanda brakonyerliyə görə cərimələr artırılır
24.04.2017 798 0.0 0

Azərbaycanda brakonyerlik (balıq və başqa su heyvanlarını qanunsuz ovlama) ilə bağlı cərimələr bir neçə dəfə ağırlaşdırılır.

 

Məlumata görə, bu, Cinayət Məcəlləsinin 256-cı (Balıqları və başqa su heyvanlarını qanunsuz tutma) maddəsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən maddənin 1-ci bəndinin (Balıqların və ya başqa su heyvanlarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda) sanksiyasında “100 manatdan 500 manata qədər” cərimə “2000 manatdan 3000 manata qədər” cərimə ilə əvəzlənir.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar