Azərbaycanda baş verən yol qəzalarında ölən və yaralananların sayı açıqlanıb
14.11.2016 501 0.0 0

Azərbaycanda bu ilin 10 ayında baş yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

 

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, 2016-ci ilin 10 ayı ərzində respublika ərazisində 1677 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 638 nəfər ölüb, 1721 nəfər xəsarət alıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 169 fakt (9,2%), həlak olanların sayı 103 nəfər (13,9%), xəsarət alanların sayı 184 nəfər (9,7%) azalıb.


Respublika üzrə qeydə alının yol qəzalarının 561-i Bakı şəhəri ərazisində baş verib. Nəticədə 158 nəfər ölüb, 579 nəfər xəsarət alıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və xəsarət alanların sayı müvafiq olaraq 107 fakt (16%), 37 nəfər (19%) və 139 nəfər (19,4 %) azalıb.
 

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 38,9%-i (654 hadisə, 250 ölüm, 708 xəsarət alan) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 23,2%-i (390 hadisə, 179 ölüm, 340 xəsarət alan) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,9%-i (217 hadisə, 49 ölüm, 256 xəsarət alan) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,9%-i (33 hadisə, 15 ölüm, 31 xəsarət alan) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar