Azərbaycanda bəzi körpələrə təbiət hadisələrinin adı verilir - SİYAHI
09.09.2016 541 0.0 0

Azərbaycanda doğulan körpələr arasında müxtəlif təbiət hadisələrinə verilən adları daşıyanlar var.
Ədliyyə Nazirliyindən bildirilib ki, son beş ildə 3937 körpəyə Yağmur, 1207-nə Bahar, 1344-nə Damla, 853-nə Ayaz, 678-nə Günəş, 224-nə isə Rüzgar adı verilib.
Son beş ildə körpələrə verilən adlar arasında Şimşəkcan (1), Leysan (12), Bulud (32), Daşqın (67), Tufan (14), Alov (2), Yazgül (29), Duman (8), Şehnur (10), Jalə (565), Xəzan (5), Xəzangül (10) kimi adlar da yer alıb.
Bundan başqa, Buludxan, Buludxanım, Rüzgar Emrah, Rüzgar Batuhan, Tufanə, Payızxan, Şehrin, Şehli, Yağmurcan, Yağmur Nur, Yağmur Fatma, Yağmur Dərya, Leysanə, Payızəli, Xəzanə, Yazbahar, Yazılı, Yazilə, Yazimə, Bahara, Bahariyyə, Damladerin kimi adları daşıyan uşaqlar da var. /report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar