Azərbaycanda ata, ana və övladlarını avtomobil vurub
06.11.2016 781 0.0 0

Bu gün Gəncə şəhərində "VAZ 2105" markalı minik avtomobilinin Aygül Adgözəlova ilə bərabər həyat yoldaşı, 1990-cı il təvəllüdlü Elxan Binnətov və övladları -  6 yaşlı Validə və 7 yaşlı İsraili vurduğu məlum olub.

 

Məlumata görə, onlar dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar.

 

E. Binnətov və övladlarına ilkin tibbi yardım göstərildikdən sonra ambolator müalicəyə buraxılıblar. A. Adgözəlova isə müxtəlif dərəcəli xəsarətlər aldığı üçün xəstəxanaya yerləşdirilib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar