Azərbaycanda ailə tərkibi və təsərrüfatı barədə məlumatlar «Elektron hökumət» portalında yerləşdiriləcək
28.08.2015 734 0.0 0

Nazirlər Kabineti “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişikliklər edib.

Məlumata görə, dəyişikliyə əsasən  “Elektron məhkəmə” informasiya sistemi, müavinət alan məcburi köçkünlərin adlı siyahıdan ibarət informasiya ehtiyatı, Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinin vahid məlumat sistemi, “Tələbə-məzun” dövlət elektron məlumat sistemi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış   üzrə Dövlət Xidmətinin Vahid elektron informasiya sistemi “Elektron hökumət” portalına qoşulacaq.
 
Qərara əsasən Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri üzrə isə  ailə tərkibi və təsərrüfatı barədə məlumatlar, qəyyumluqda (himayədə) olan uşaqlar barədə məlumatlar “Elektron hökumət” portalında yerləşdirilməlidir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar