Azərbaycanda ailə faciəsi - qar uçqunu nəticəsində ailənin 4 üzvü öldü
23.02.2017 1483 0.0 0

Lerik rayonunda qar uçqunu baş verib.Uçqunu nəticəsində ailənin 4 üzvü dünyasını dəyişib.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun məlumata görə, hadisə rayonun Orat kəndində qeydə alınıb.

 

Qazeta.info APA-ya istinadla məlumat verir ki, Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə qar yığınının düşməsi nəticəsində ev sahibinin həyat yoldaşı, 1961-ci il təvəllüdlü Şövkət Mustafayeva, gəlini, 1994-cü il təvəllüdlü İlahə Mustafayeva, nəvələri - 2015-ci il təvəllüdlü Zəhra Qasım qızı Mustafayeva və 2016-cı il təvəllüdlü Uğur Qasım oğlu Mustafayev ölüb.

 

Hadisə baş verən anda evdə 6 nəfərin olduğu, onlardan ikisinin xilas edildiyi bildirilir.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar