Azərbaycanda `Qaloş piri` biabırçılığı: Başlarına sürtüb, şəfa gözləyirlər - VİDEO
09.06.2019 818 0.0 0

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sosial şəbəkələrdə Azərbaycanda çəkilən görüntülər rezonans doğurub. Videoda “Qaloş piri” deyilən yerə gələn insanlara şəfa tapmaq, niyyətlərinin qəbul olunması üçün başlarına qaloş sürtdürürlər.

Qazeta.info bildirir ki, məsələni Oxu.az-ın əməkdaşı araşdırıb.

Məlum olub ki, video Goranboy rayonu Qurbanzadə kəndində çəkilib. Yerli sakinlər seyid kimi tanınan və 30 il əvvəl iyunun 7-də vəfat etmiş Miribiş ağanın evinə yığışıb. Onun qaloşunu başlarına sürtərək şəfa tapacaqlarına inanırlar. Əvəzində isə pul və qiymətli əşyaları həmin evə qoyurlar.

Həmin görüntüləri təqdim edirik:


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar