Azərbaycanda 900-a yaxın nəzarətçi-müəllim üçün treninqlər keçirilib
16.01.2017 1016 0.0 0

Dövlət İmtahan Mərkəzi (DİM) nəzarətçi-müəllimlər üçün treninqlərə başlayıb. DİM-dən verilən xəbərə görə, ilk olaraq Bakı şəhəri üzrə Yasamal, Binəqədi, Səbail, Nərimanov rayonları, eləcə də Gəncə, Ağcabədi, Kürdəmir, Lerik, Ağdaş, Saatlı, Sədərək, Şərur, Xızı, Şamaxı, Ağdam, Yardımlı, Kəngərli, Qax, Ucar, Sabirabad üzrə imtahanlara zal nəzarətçisi kimi cəlb olunması nəzərdə tutulan müəllimlər üçün 10-13 yanvar tarixlərində seminar-məşğələlər keçirilib.

 

DİM-in mərkəzi aparatının və regional bölmələrinin əməkdaşları tərəfindən aparılan seminarlara Bakı şəhəri üzrə 83 təhsil müəssisəsindən 314, regionlardan isə 332 təhsil müəssisəsindən 893 nəzarətçi-müəllim cəlb edilib. Müxtəlif səbəblərdən seminarlarda iştirak edə bilməyən 55 nəzarətçi-müəllim qrafikə uyğun olaraq növbəti rayonlar üzrə keçiriləcək seminar-məşğələlərə dəvət olunub.

 

Seminar iştirakçıları DİM tərəfindən sınaq imtahanlarına cəlb olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər test imtahanlarına cəlb olunacaqlar.

 

Qeyd edək ki, seminarlar qrafikə uyğun olaraq (http://tqdk.gov.az/news/events/2694/) digər rayonlarda davam edir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar