Azərbaycanda 2 məktəbdə yanğın baş verib
01.04.2015 825 0.0 0

Qazeta.info Fövqaladə Hallar Nazirliyinə istinadla bildirir ki, bu gecə Balakən rayonu, Şərif kəndində Təhsil Nazirliynə məxsus ümumi sahəsi 840 kv.m olan birmərtəbəli orta məktəbin yanar konstruksiyaları 125 kv.m (1 sinif otağının, müəllimlər otağının, dəhlizin yanar konstruksiyaları və əşyaları 110 kv.m və 1 sinif otağının tavanı 15 kv.m) sahədə yanıb. Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Digər məlumata görə isə , bu gecə Bakı şəhəri, Sabunçu rayonunda Təhsil Nazirliyinə məxsus orta məktəbin ərazisində ümumi sahəsi 50 kv.m olan qazanxananın dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə və qazanxananın ətrafına yığılmış məişət tullantıları 5 kv.m sahədə yanmışdır. Qazanxananın qalan hissəsi və bitişik tikili yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar