Azərbaycana ilk qar yağıb - FOTO
28.09.2017 1169 0.0 0

Azərbaycana ilk qar yağıb.

Qazeta.info "Report"un  xəbərinə əsasən bildirir ki, gecə saatlarında Qubada yağışla müşahidə olunan yağıntı səhərə yaxın qara çevrilib.

İlk qar əsasən Qubanın dağ kəndlərinə - dəniz səviyyəsindən 2000-metrdən yuxarı olan kəndlərə, həmçinin Buduq, Zeyid, Əlik, Cek, Haput, Qalaxidat, Xınalıq və Xaltan zonasına yağıb. Qarın hündürlüyü 5-7 sm müşahidə olunur.

Hazırda qarın yağması davam edir. Yollarda və elektrik enerjisinin verilişində problemlər yaşanmayıb.

 

 

 

 

 

 


Digər xəbərlər:
Şərhlər
avatar