Azərbaycan yardım göndərdi
29.04.2015 635 0.0 0

Azərbaycan Fövqəladə Hallar Nazirliyi Nepala humanitar yardım göndərib. 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, aprelin 29-da Azərbaycan hökuməti adından nazirlik Nepal Federativ Demokratik Respublikasının ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım yola salıb. 

Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” tipli təyyarə ilə yola salınan humanitar yardıma 1 tona yaxın müxtəlif dərman və tibbi ləvazimatlar, xeyli sayda çadır, ədyal və qablaşdırılmış içməli su daxildir. 

Ölkə prezidentinin göstərişinə uyğun olaraq, həmin təyyarə ilə təbii fəlakət zonasında olan azərbaycanlıların təxliyyə edilərək Vətənə çatdırılması həyata keçiriləcək./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar