Azərbaycan XİN 3 ölkənin xarici işlər nazirlərinin Bakıda görüş keçirəcəyini təsdiqləyib
28.03.2016 497 0.0 0

Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin üçtərəfli görüşünün yaxın vaxtlarda Bakıda keçirilməsi nəzərdə tutulub.
 
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev məlumat verib.
 
Onun sözlərinə görə. hazırda diplomatik kanallar vasitəsilə görüşün tarixi müəyyənləşdirilir.
 
Nazirlik sözçüsü bildirib ki, görüş əsnasında ikitərəfli və üçtərəfli əməkdaşlıq layihələri, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və digər qarşılıqlı faydalı əməkdaşlıq məsələləri müzakirə ediləcək. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar