Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün baş tutacağına ümid edirik
15.11.2016 656 0.0 0

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflərlə işləməyə hazırdır. Bu sözləri bu gün Trend-ə amerikalı həmsədr Ceyms Uorlik deyib.

C.Uorlik Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Hamburqda görüşünün baş tutacağına ümid etdiyini bildirib. Həmsədr növbəti sammitin də təşkil olunması üçün prezidentlərlə çalışmaqda davam etdiklərini qeyd edib.

Qeyd edək ki, Almaniyanın Hamburq şəhərində dekabrın 8-9-da ATƏT xarici işlər nazirlərinin iclası keçiriləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar