Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib
09.12.2016 1171 0.0 0

Hamburqda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. 

 

Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan öz "Twitter" səhifəsində yazıb. Dekabrın 8-də, axşam keçirilən görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü və iştirakı ilə baş tutub.

 

Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev görüş faktını təsdiqləyib. O bildirib ki, dekabrın 8-də ATƏT-in Minsk qrupu həmsədrlərinin dəvəti əsasında həmsədr ölkələrin, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin birgə işçi şam yeməyi olub: "Hamburq görüşündən əvvəl Fransa xarici işlər nazirinin təklifi ondan ibarət idi ki, 2+3 formatında Hamburqda xarici işlər nazirləri səviyyəsində görüş keçirilsin. Təəssüf ki, Ermənistan tərəfinin destruktiv siyasəti və görüşlərdən qaçmaq siyasəti nəticəsində 2+3 formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmadı. Şam yeməyi əsnasında növbəti il üçün danışıqlar prosesinin davam etdirilməsi və gündəlikdə duran məsələlər ətrafında fikri mübadiləsi aparılıb”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar