Azərbaycan və Aİ tərəfdaşlığın yeni müstəviyə qaldırılması üçün danışıqlara hazır olduğunu bəyan edib
23.09.2016 611 0.0 0

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini ilə görüşüb.
 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı maraq ifadə olunub.
 
Tərəflər Azərbaycanla Aİ arasında tərəfdaşlığın yeni müstəviyə qaldırılması üçün tezliklə danışıqlara başlamağa hazır olduqlarını, energetika, nəqliyyat, kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu qeyd ediblər.
Sosial səhifələrdə paylaş/apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar