Azərbaycan Türkiyədən pilotsuz uçuş aparatlarını məhv edən silah alıb
13.03.2017 1017 0.0 0

Azərbaycan Türkiyədən pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulan silah alıb.
 
"Haberler.com"-a istinadən verilən məlumata görə, Türkiyənin “Harp ARGE” şirkəti bu silahı ilk dəfə Azərbaycana ixrac edib.
 
Pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulan bu silah hazırda Türkiyədə polis və ordu tərəfindən terrorla mübarizədə aktiv istifadə edilir.
 
Türkiyə baş nazirin mühafizəçilərində də olan bu silah hücum məqsədilə istifadə edilə biləcək pilotsuz uçuş aparatlarına qarşı ən təsirli silahdır.
 
Silah artıq Azərbaycan ordusu tərəfindən uğurla sınaqdan keçirilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar