Azərbaycan tamamilə yeni karbohidrogen xammalının istifadəsi üzrə dünya lideri ola bilər
21.09.2016 466 0.0 0

"Bu gün bütün yataqlar rəqəmsal və hesablayıcı qurğularla təchiz edilib. Bu səbəbdən də yataqlarda proqnozlaşdırma işləri aparmaq da asanlaşıb".

Məlumata görə, bunu bu gün keçirilən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında "Neft və qaz 2030: Gələcəyə baxış" adlı məruzəsində çıxışı zamanı AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru akademik İbrahim Quliyev bildirib.
 
İntellektual neft-qaz yataqlarının araşdırılması istiqamətində fundamental tədqiqatların aparılmasının qarşıda duran vacib məsələlərdən olduğunu deyən İ. Quliyev qeyd edib ki, bu sahədə problemlərin həlli super kompüter texnologiyaları əsasında yeni metodların tətbiqi ilə mümkündür.

"Bütün zəlzələlər barədə məlumatları yataqların özündə izləmək mümkündür. Bizim institutlar da bu işlər üzərində işləyirlər", - deyə akademik bildirib.
 
İ. Quliyev əlavə edib ki, 2030-cu ildə Azərbaycan tamamilə yeni karbohidrogen xammalının istifadəsi üzrə dünya lideri ola bilər: "Artıq bir neçə ildir ki, AMEA-nın Geologiya və Geofizika İnstitutu almaniyalı həmkarları ilə birlikdə Azərbaycanın palçıq vulkanlarından ayrılan karbohidrogen qazlarının uzunmüddətli termik monitorinqini aparırlar. Alınan nəticələr məhz bərpa olunan karbohidrogen sisteminin yaradılması üçün əsas olacaq".
 
Akademik onu da bildirib ki, gələcəkdə Neft və Qaz İnstitutunun fəaliyyətinin əsas istiqamətlərindən biri neft sənayesinin iqtisadiyyatı və onun inkişafının proqnozlaşdırılması olacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar