Azərbaycan təyyarəsinin hansı səbəbdən qəzaya uğraması məlum olub
19.05.2016 654 0.0 0

Azərbaycanın "SilkWay" şirkətinə məxsus An-12 yük təyyarəsinin Əfqanıstanda maneəyə dəyərək qəzaya uğradığı açıqlanıb.
 
Məlumata görə, bu barədə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının rəisi Arif Məmmədov bu gün keçirdiyi brifinqdə bildirib.
 
O, təyyarənin hansı maneəyə dəyməsi ilə bağlı araşdırma aparıldığını deyib.
 
Qeyd edək ki, mayın 18-də “SilkWay” şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.
 
Beynəlxalq heyət tərəfindən idarə edilən təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxil olub. Hadisə zamanı sağ qalan 2 nəfər Ukrayna vətəndaşıdır.
 
Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradıb. Komissiya artıq Əfqanıstana yola düşüb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar