Azərbaycan Skautlarının Milli Təlim Proqramının liderlik kurslarına start verilib
22.02.2022 382 0.0 0


“Wood Badge – Azərbaycan Skautlarının Ustadlıq Proqramı” layihəsi çərçivəsində həyata keçirilən Azərbaycan Skautlarının Milli Təlim Proqramının liderlik kurslarına start verilib.

Qazeta.info xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə baş tutan layihənin əsas məqsədi yeni skaut liderlərinin formalaşdırılması, onların liderlik bacarıqlarının inkişaf etdirilməsi, skaut metodları və patrul təcrübəsini yaşatmaq, eyni zamanda skaut liderlərinin peşəkar səviyyədə həyata keçirilən beynəlxalq liderlik kursunda iştiraklarını təmin etməkdir.

Türkiyə və ABŞ-dan olan təlimçilər tərəfindən aparılan təlimlər 25 fevrala kimi Gənclər və İdman Nazirliyinin “Çırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində davam edəcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar