Azərbaycan ərəb ölkələrinə birgə investisiya fondu yaratmağı təklif edib
20.10.2017 674 0.0 0

"Körfəz ərəb ölkələrinin Azərbaycanda sənaye parklarında birgə müəssisələr yaratması üçün geniş imkanlar var".

Məlumata görə, bunu Bakıda keçirilən Azərbaycan-Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələri biznes forumunda iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

 

Nazirin sözlərinə görə, sənaye parklarında sahibkarlar üçün geniş imkanlar yaradılıb: "Azərbaycanda özəlləşdirilmə proqramı artıq geniş vüsət alıb, müvafiq portal yaradılıb. Siz bu portaldan yararlanmaqla əlverişli imkanlardan yararlana bilərsiniz".
 

Ş. Mustafayev əlavə edib ki, Azərbaycan və Körfəz ərəb ölkələri birgə investisiya fondu da yarada bilər. "Bizim "Xəzər Beynəlxalq İnvestisiya Şirkəti"miz var. Analoji formatda investisiya fondu yaratmaq olar. Biz Qətərlə investisiya fondunun yaradılması ilə bağlı danışıqlar aparırıq. Ümid edirəm ki, bu layihə də reallaşacaq", - deyə nazir vurğulayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar