Azərbaycan prezidentinin İrana səfərinə hazırlıq gedir
25.02.2017 1004 0.0 0

"Azərbaycan prezidenti İlham Əliyevin İrana səfərinə hazırlıq gedir". Məlumata görə, bunu Azərbaycan-İran əlaqələrinə həsr olunan mətbuat konfransında iqtisadiyyat naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev deyib.
 
Nazir qeyd edib ki, hələlik səfər çərçivəsində müzakirə olunacaq məsələlərdən, imzalanacaq sənədlərdən danışmaq tezdir. Bununla yanaşı, Ş. Mustafayev səfərin konkret tarixini də açıqlamayıb.
 
"Qarşılıqlı maraq doğuran məsələlər yüksək səviyyədə və qarşılıqlı hörmət, dostluq şəraitində müzakirə olunacaq", - deyə o qeyd edib./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar