Azərbaycan Prezidenti: Neft hasilatı üzrə razılaşmalara nəzarət mexanizmi lazımdır
18.10.2016 512 0.0 0

Bakı OPEC və digər neft hasil edən ölkələr arasında neft hasilatı üzrə razılaşmalara nəzarət mexanizminin yaradılmasının tərəfdarıdır.
Məlumata görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Sputnik"ə müsahibəsində bildirib.
"Neft bazarının sabitləşməsində əsas amil OPEC və quruma üzv olmayan digər iri neft istehsalçısı ölkələr arasında vahid siyasət haqqında razılaşma olub. Hadisələrin inkişafını gördüyümüzdən, artıq buna çox yaxınlaşdığımızı deyə bilərəm. Fikrimcə, bu, baş verəcək", - deyə İlham Əliyev "Rusiya bu gün" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirib.
Eyni zamanda, dövlət başçısı bütün tərəflərin maksimal dərəcədə səmimi, dürüst və qəbul edilmiş qərarların icrasına nəzarət mexanizminin olmasının vacibliyini vurğulayıb./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar