Azərbaycan prezidenti MDB ölkələrinin liderləri arasında ilk üçlükdə yer alıb- Sorğu
05.12.2017 958 0.0 0

Azərbaycan Prezidenti İlham Əliyev rusiyalıların MDB ölkələrinin liderlərinə etimad reytinqində ilk üçlükdə yer alıb.

"İnterfaks"a istinadən xəbər verilir ki, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, etimad reytinqinə Belarus prezidenti Aleksandr Lukaşenko (62%) başçılıq edir.

Onun ən yaxın rəqibi Qazaxıstan prezidenti Nursultan Nazarbayevdir - 56%.

Azərbaycan Prezidenti İlham Əliyevə rusiyalı respondentlərin 12% güvənir.

Sonrakı sıralarda Serj Sarqsyan (Ermənistan, 11%), İqor Dodon (Moldova, 8%), Qurbanqulu Berdıməhəmmədov (Türkmənistan, 4%), Giorgi Marqvelaşvili (Gürcüstan, 4%), Şavkat Mirziyoyev (Özbəkistan, 3%), Emoməli Rəhmon (Tacikistan, 3%) və Petro Poroşenko (Ukrayna, 1%) qərarlaşıb.

Respondentlərin fikrincə, beynəlxalq arenada Rusiyanın ən etibarlı tərəfdaşı Belarus (64%) və Qazaxıstandır (57%)./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar