Azərbaycan prezidenti Almaniyanın milli bayramı ilə bağlı ölkə prezidentinə təbrik ünvanlayıb
01.10.2016 905 0.0 0

Azərbaycan prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının milli bayramı – Alman Birliyi Günü münasibətilə Almaniya Federativ Respublikasının prezidenti Yoaxim Qauku təbrik edib.

 

Məlumata görə, təbrikdə Azərbaycan-Almaniya münasibətlərinin dinamik və hərtərəfli inkişaf yolunda olduğu qeyd olunub: “İnanıram ki, dostluq əlaqələrimizin genişlənməsi, əməkdaşlığımızın bütün sahələrdə dərinləşməsi yolunda qarşılıqlı addımlarımız bundan sonra da tərəfdaşlığımızın möhkəmlənməsinə xidmət edəcək”./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar