Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
24.02.2022 252 0.0 0

Fevralın 23-ü saat 20:30-dan 20:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu istiqamətində yerləşən mövqelərindən Laçın rayonunun Əhmədli yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.
Qazeta.info Müdafiə Nazirliyinin məlumatına əsasən bildirir ki, hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altındadır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar