Azərbaycan Ordusunun giziri həlak olub
03.12.2021 279 0.0 0

Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Hüseynov Şahin Şəmisəddin oğlu məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində (qayadan yıxılaraq) həlak olub.

Qazeta.info bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, Şahin Hüseynov  Vətən Müharibəsi iştirakçısıdır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar