Azərbaycan ordusu and içdi-Fotolar
16.02.2015 775 0.0 0

 Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Qazeta.info  Müdafiə Nazirliyinə istinadla 
bildirir ki, Silahlı Qüvvələrin birlikləri və Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinin ərazilərində təşkil edilmiş mərasimlərdə rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilmiş, Azərbaycan Respublikasının Dövlət himni oxunmuş və tədbir açıq elan edilib.
Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər. 
Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar və əsgər valideynləri iştirak ediblər.
Andiçmə mərasimində çıxış edən hərbi qulluqçular, valideynlər və ictimaiyyət nümayəndələri gənc əsgərlərə nümunəvi olmağı, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.
Rəsmi mərasim bağlı elan olunduqdan sonra şəxsi heyət üçün konsert proqramı, əsgərlərin valideyinləri ilə görüşləri təşkil edilib və hərbi hissələrdə yaradılmış şəraitlə tanışlıq olub.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar