Azərbaycan neftinin ucuzlaşması davam edir
14.03.2017 738 0.0 0

Dünya birjalarında neft yenidən bahalaşır.

 

Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,01 dollar və ya 0,02% artaraq 48,41 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,04 dollar və ya 0,08% artaraq 51,39 dollar olub.

OPEC-in təşkilata üzv və üzv olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı tələblərə necə əməl etdiyini göstərən statistikasının gözləntiləri fonunda neftin qiymətində cüzi bahalaşma və sabitlik müşahidə edilir. Həmçinin, bazarın diqqəti ABŞ-ın Energetika Nazirliyinin neft ehtiyatları və hasilat göstəriciləri ilə bağlı statistikasına yönəlib. 

Azərbaycan neftinin ucuzlaşması davam edir.

 

Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,43 dollar və ya 0,81% azalaraq 52,55 dollar təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar