Azərbaycan neftinin qiymətində ciddi dəyişiklik
09.08.2016 939 0.0 0

Dünya bazarında neft ucuzlaşıb.

 

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,37 dollar azalaraq 42,65 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,40 dollar ucuzlaşaraq 44,99 dollar olub.

 

Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb.

 

Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,6 dollar və ya 3,56% artaraq 46,48 dollar təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar