Azərbaycan neftinin qiyməti bahalaşır
29.04.2022 645 0.0 0

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 28-də 110,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,83 dollar/barel çoxdur.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 102,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,9 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,68 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 105,73 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,83 dollar/barel çoxdur./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar