Azərbaycan nefti yenidən ucuzlaşıb
14.06.2016 500 0.0 0

 

Dünya birjalarında neft cüzi ucuzlaşıb.

 

Qazeta.info "APA-Economics"-ə istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,45 dollar azalaraq 48,43 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,41 dollar azalaraq 49,94 dollar olub.

 

Neftin ucuzlaşmasına səbəb kimi "Brexit" (iyunun 23-də Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı referendumun keçirilməsi - red.) göstərilir. Bildirilir ki, Böyük Britaniyanin Aİ-dən çıxmasının lehinə olanların sayı artaraq 53%-ə yüksəlib. 

 

Azərbaycan nefti yenidən ucuzlaşıb.

 

Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,28 dollar və ya 0,55% azalaraq 50,69 dollar təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar