Azərbaycan nefti ucuzlaşır
15.03.2022 346 0.0 0

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 14-də 109,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,28 dollar/barel azdır.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 108,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,28 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 74,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 9,51 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 111,63 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 7,35 dollar/barel azdır./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar