Azərbaycan nefti ucuzlaşıb
26.11.2016 849 0.0 0

Dünya birjalarında neft yenidən ucuzlaşıb.

 

Qazeta.info APA-ya istinadla  xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,90 dollar azalaraq 46,06 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,76 dollar azalaraq 47,24 dollar olub.

 

Neftin ucuzlaşmasına “qara qızıl” hasilatçısı olan ölkələrin istehsalı dondurmaqla bağlı razılığa gələ bilməməsi səbəb olub. 

 

Azərbaycan nefti ucuzlaşıb.

 

Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,25 dollar və ya 2,49% azalaraq 48,92 dollar təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar