Azərbaycan nefti ucuzlaşıb
05.11.2016 783 0.0 0

 

Dünya birjalarında neftin qiymətində artım müşahidə olunur.

 

Qazeta.info APA -ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,59 dollar azalaraq 44,07 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,77 dollar azalaraq 45,58 dollar olub.

 

Neftin ucuzlaşmasına Səudiyyə Ərəbistanın neft hasilatını gündəlik 12 mln. barelə qədər artıracağı ilə bəyanatı səbəb olub. Rəsmi Ər-Riyad İran və İraqın “qara qızıl” hasilatını əvvəlki həcmə çatdırmaq niyyətinə cavab olaraq bu addımı atacağını bəyan edib.

 

Azərbaycan nefti ucuzlaşıb.

 

"APA-Economics" xəbər verir ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,93 dollar və ya 2% azalaraq 45,37 dollar təşkil edib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar