Azərbaycan nefti ucuzlaşıb
03.11.2016 642 0.0 0

Ötən gün baş verən kəskin ucuzlaşmadan sonra dünya bazarında neftin qiymətində artım müşahidə olunur.
 

Qazeta.info APA
-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,39 dollar artaraq 45,73 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,54 dollar azalaraq 47,40 dollar olub.
 
Qeyd edək ki, ötən gün ABŞ-da kommersiya neft ehtiyatlarının həcminin kəskin artması nefti xeyli ucuzlaşdırıb. Brent markalı neftin qiyməti sentyabr ayından etibarən ən aşağı səviyyəyə enib.
 
Xatırladaq ki, ABŞ Neft İnstitutunun açıqladığı statistikaya əsasən, həftə ərzində ABŞ-ın kommersiya neft ehtiyatlarının həcmi 9,3 mln. barrel artıb.
 
Bunun ardınca ABŞ-ın Energetika Nazirliyi tərəfindən açıqlanan statistikadan isə məlum olub ki, oktyabr ayının 28-də başa çatan həftə ərzində kommersiya ehtiyatları 14,42 mln. barrel artaraq 482,6 mln. barrelə çatıb.

Azərbaycan nefti ucuzlaşıb.

 

 Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,56 dollar və ya 3,24% azalaraq 46,58 dollar təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar