Azərbaycan ən çox siqaret çəkilən ölkələrin sırasındadır
02.06.2016 1088 0.0 0

Azərbaycan dünya ölkələri arasında siqaret çəkənlərin sayına görə 13-cü yer tutur.
 
“moscow-baku.ru” saytına istinadən verilən xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında deyilir. Məlumata əsasən, əhalinin sayına görə ən çox siqaret çəkən insanlar Monteneqroda qeydə alınıb. Bu ölkədə hər yetkin şəxsə ildə 4124 siqaret düşür. Bu isə günə 11,3 siqaret edir.
 
Statistikaya əsasən, ilk beşlikdə Belarus, Livan, Makedoniya və Rusiya kimi ölkələr yer alır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar