Azərbaycan millisinin rəqibləri bilindi
11.11.2016 987 0.0 0

19 yaşadək qızlar arasında Avropa çempionatının 2017/18 mövsümünün püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə seçmə mərhələnin 48 iştirakçısı 12 qrupa bölünüb.

 

Püşkatmaya C səbətində qatılan Azərbaycan millisinin də rəqibləri bəlli olub. Yığmamız 4-cü qrupda İspaniya, Ukrayna, Albaniya ilə mübarizə aparacaq.

 

Qeyd edək ki, seçmə mərhələnin oyunları 2017-ci il sentyabrın 11-19 və ya oktyabrın 16-24-də keçirilməlidi. Hər qrupda ilk iki yeri tutanlar elit-raunda yüksələcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar